Buskets İnyestaya çatdı

Buskets İnyestaya çatdı
XƏBƏR 19 Aprel 2022 / 22:20 1655
-  A +

İspaniya La Liqasının 32-ci turunun "Kadis"lə oyunu (0:1) "Barselona"nın kapitanı Serxio Buskets üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Kataloniya kılubunda 674-cü matçına çıxıb. Bu göstərici ilə Buskets komandanın sabiq futbolçusu Andres İnyestaya çatıb.

Siyahıya 778 oyunla Lionel Messi başçılıq edir. İkinci yerdə isə 767 oyunla "Barselona"nın baş məşqisi Xavidir.

Daha çox


Son xəbərlər
topaz banner