"Araz"da rusiyalı qapıçı

"Araz"da rusiyalı qapıçı
XƏBƏR 19 Aprel 2022 / 16:25 1203
-  A +

Yüksək Liqanın lideri “Araz-Naxçıvan” heyətini yeni qapıçı ilə gücləndirib. 

Qol.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, klub Dmitri Bondarevlə anlaşıb. Rusiyalı qapıçı yeni komandasında mövsümün sonuna qədər iştirak edəcək. 

1993-cü il təvəllüdlü Bondarev Rusiyanın Yüksək Liqasında iştirak etmiş “Spartak-Donetsk” klubunda çıxış edib. Rostov təmsilçisi çempionatda çıxışı dayandırdığına görə, klubun bütün oyunçularına azad agent statusu verilib. Qapıçı “Baku Fire”lə oyunda debüt edəcək. 

Daha çox


Son xəbərlər
topaz banner