Qriqorçuk: “Futbol arxa plana keçib”

Qriqorçuk: “Futbol arxa plana keçib”
XƏBƏR 18 Aprel 2022 / 14:07 2329
-  A +

Odessa "Çernomorets"inin baş məşqçisi Roman Qriqorçuk komandasının futbolçularının hazırkı durumu haqda açıqlama verib.

Qol.az xəbər verir ki, o, “Futbol” telekanalına müsahibəsində Ukraynadakı müharibənin ölkə futboluna və komandasına təsiri barədə danışıb.

“Hazırda komandanın sabit olduğu bir yer yoxdur. Çünki vəziyyət ağırdır. Legionerlərlə bağlı vəziyyət başadüşüləndir. Onlar getdilər. Yaxşı haldır ki, legionerlərimizin çoxu indi komandalara düzəlib, oynamaq, məşq etmək imkanları var. Düşünürəm ki, digər komandaları oyunçuları ilə bağlı vəziyyət də eynididir. Mən onlarla söhbət etmişəm. Başa düşürəm ki, hər kəs ilk növbədə ailəsi, övladları haqqında düşünür.

Futbol indi arxa plandadır. Amma düşünürəm ki, idmançılar hələ də formada qalmaq, fərdi məşq etmək üçün müəyyən imkanlar tapırlar. Aydın məsələdir ki, futbolçu çox şey itirir. Bu, idmançılar üçün ciddi zərbədir. Onların psixoloji vəziyyəti də nəzərə alınmalıdır. Futbolçular üçün futbol və peşəkar itkilər çox böyükdür”.

Qriqorçuk onu da deyib ki, müharibə nə qədər tez bitsə, futbol və Ukrayna çempionatı bir o qədər tez bərpa olunacaq. 

Xatırladaq ki, R.Qriqorçuk 2015-18-ci illərdə “Qəbələ”nin baş məşqçisi olub.

Daha çox


Son xəbərlər
topaz banner