Türkiyəli qapıçı oyun vaxtı infarkt keçirdi, dünyasını dəyişdi

Türkiyəli qapıçı oyun vaxtı infarkt keçirdi, dünyasını dəyişdi
XƏBƏR 18 Aprel 2022 / 09:59 2101
-  A +

Türkiyəli veteran qapıçı -  "Bodrum Bələdiyyəsi Masterlər" komandasının futbolçusu Fatih Mumcu Hadisə Ege Bölgəsi Masterlər Futbol Federasiyası Liqasının keçirdiyi turnirin "9 sentyabr Masterlər"lə final matçı zamanı dünyasını dəyişib. 

Qol.az ajansspor.com-a istinadən xəbər verir ki, 43 yaşlı oyunçu matçda özünü pis hiss edib və yerə yıxılıb. Ona komanda yoldaşları tərəfindən ilkin yardım göstərilib. Daha sonra qapıçı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Fatih Mumcu peşəkar karyerasında "Batman Petrolspor" və "Tavşanlı Linyitspor"un formalarını geyinib.

Daha çox


Son xəbərlər
topaz banner