Ramazanov “200”ə çatdı

Ramazanov “200”ə çatdı
XƏBƏR 17 Aprel 2022 / 14:28 1444
-  A +

Ağabala Ramazanov Premyer Liqada 200-cü oyununu keçirib. 

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçunun yubileyi “Zirə”nin “Səbail”lə ev matçına (2:1) təsadüf edib.  23-cü turun qarşılaşmasına qədər 199 oyunun iştirakçısı olan forvard start heyətində meydana çıxıb. O, bu görüşlərdə 37 qola imza atıb.

2020-ci ilin əvvəlindən “Zirə” forması geyinən Ağabala "qartallar"ın heyətində 45 matçda 12 dəfə rəqib qapılarına yol tapıb.

Daha çox


Son xəbərlər
topaz banner