Millimizin üzvü Polşada növbəti oyuna çıxdı

Millimizin üzvü Polşada növbəti oyuna çıxdı
XƏBƏR 17 Aprel 2022 / 12:59 1599
-  A +

Polşa çempionatında 29-cu turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) doğma meydanda "Lex"lə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Krivotsyuk sözügedən görüşdə iştirak edib. O, start heyətdə meydana daxil olub və sonadək oynayıb. Millimizin üzvü 5-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Visla” 29 turdan sonra 42 xalla 18 komanda arasında 6-cı pillədə qərarlaşıb.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner