"Şamaxı"da antirekord

"Şamaxı"da antirekord
XƏBƏR 16 Aprel 2022 / 17:46 1432
-  A +

Azərbaycan Premyer Liqasının 23-cü turunda "Qarabağ"la matç (8:0) “Şamaxı”nın tarixinə antirekord kimi düşüb. 

Qol.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb. Komanda tarixində ilk dəfə 8 top buraxaraq, həm də ən ağır məğlubiyyətinə üzülüb. 1999-cu ildən müxtəlif adlar altında çıxış edən komanda bunadək ən böyük fərqlə iki dəfə uduzub.

“Xəzər Universiteti” adlanan dövrdə komanda 1999/2000 mövsümündə “Şəmkir”ə 0:6, 2000/01 mövsümündə “Kəpəz”ə 1:7 məğlub olub.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner