Aquero bu şirkətlərlə əməkdaşlığa başladı

Aquero bu şirkətlərlə əməkdaşlığa başladı
XƏBƏR 16 Aprel 2022 / 16:35 1484
-  A +

"Barselona"nın sabiq futbolçusu Serxio Aquero "Disney+" və ESPN platformaları ilə əməkdaşlığa başlayıb. 

Qol.az xəbər verir ki, bu barədə 33 yaşlı keçmiş hücumçu özü açıqlama verib. O deyib: 

"Həyatımın bu yeni dövründə eyni qaydaları tətbiq edə biləcəyim yer tapmaq istədim. Futbolda olduğu kimi bu sahədə də əlimdən gələni edəcəyəm. "Disney" üzərindən bir şirkətə qatılmaq mənim axtarışlarımla mükəmməl şəkildə uyğundur. "Dinsey", ESPN, "Disney+" kimi layihələr mənim üçün çox həyəcanvericidir. 

Qeyd edək ki, Aquero ötən il oktyabrın 30-da “Barselona”nın heyətində “Alaves”lə matçda (1:1) ürəyindəki problemə görə əvəzlənib və həmin vaxtdan sonra yaşıl meydanlara qayıtmayıb. O, dekabrın 15-də karyerasını bitirdiyini açıqlayıb. 

Daha çox


Son xəbərlər
topaz banner