"Modriç karyerasını "Real"da bitirəcək"

"Modriç karyerasını "Real"da bitirəcək"
XƏBƏR 16 Aprel 2022 / 16:13 1444
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Luka Modriçin gələcəyi haqqında danışıb. 

Qol.az xəbər verir ki, o, "Marca"ya açıqlamasında deyib:

“Düşünürəm ki, o, karyerasını "Real"da başa vuracaq. Nə vaxt olduğunu dəqiq bilmirəm, amma plan belədir. Nə klubun, nə də onun müqaviləni uzatmaq ilə bağlı problemi yoxdur, aydındır. Modriç özünə yaxşı baxır, karyerası ərzində ciddi zədəsi olmayıb". 

Qeyd edək ki, 36 yaşlı yarımmüdafiəçi 2012-ci ildən "Real"da oynayır. 

Daha çox


Son xəbərlər
topaz banner