Fransa prezidenti Mbappeni inandırmağa çalışır

Fransa prezidenti Mbappeni inandırmağa çalışır
XƏBƏR 16 Aprel 2022 / 15:44 2516
-  A +

Fransa prezidenti Emmanuel Makron PSJ-nin hücumçusu Kilian Mbappeni yayda Paris klubunu tərk etməməyə inandırmağa çalışır.

Qol.az xəbər verir ki, bu barədə "RTL France" məlumat yayıb. Mbappe və Makron 2018-ci ildə "Yelisey" sarayında görüşdüklərindən bəri daim əlaqə saxlayırlar. Mbappenin parislilərlə hazırkı müqaviləsi 2021/2022 mövsümünün sonunda başa çatır və fransız futbolçu hələ gələcək barədə qərarını açıqlamayıb. Məlumata görə, Makron Mbappenin PSJ ilə müqaviləsini uzatmasını istəyir. 

Qeyd edək ki, Mbappe bu mövsüm Liqa 1-də 28 oyunda 20 qol vurub və 14 qolun ötürməsini verib.

Daha çox


Son xəbərlər
topaz banner