Ranqnik "Mançester Yunayted"ə görə peşman deyil

Ranqnik "Mançester Yunayted"ə görə peşman deyil
XƏBƏR 16 Aprel 2022 / 15:12 1163
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Ralf Ranqnik komandanı çalışdırmağı qəbul etdiyinə görə peşman deyil.

Qol.az xəbər verir ki, 67 yaşlı mütəxəssis bu barədə özü açıqlama verib. O deyib: 

“Xeyr, peşman deyiləm. Yenə eyni vəziyyət olsa, qəbul edərdim. Dekabrda yaşadığımız vəziyyəti görmək lazım idi. Hesab edirəm ki, məşqçi həmişə özünə sual verməli və nəyi daha yaxşı edə biləcəyini soruşmalıdır. Fərqli sxem üzrə oynamağa dəyərdi.  Hamımız başa düşürük ki, "Mançester Yunayted" asan komanda deyil. Əks-halda mən burada olmazdım. Sulşer yəqin ki, hələ də burada olardı”. 

Qeyd edək ki, Ranqnik ötən il noyabr ayından - Ole Qunnar Sulşerin istefaya göndərilməsindən sonra "Mançester Yunayted"ə baş məşqçilik edir. 

Daha çox


Son xəbərlər
topaz banner