Ronaldo Ten Haqın planlarında yoxdur

Ronaldo Ten Haqın planlarında yoxdur
XƏBƏR 16 Aprel 2022 / 12:00 2771
-  A +

"Mançester Yunayted"ə baş məşqçi təyin olunacağı gözlənilən Erik ten Haq komandanın futbolçusu Kriştiano Ronaldo klubda görmək isrtəmir. 

Qol.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Mütəxəssis baş məşqçi vəzifəsinə gələcəyi halda 37 yaşlı hücumçudan qurtulmağa çalışacaq. Xəbərdə bildirir ki, niderlandlı çalışdırıcı “qırmızı şeytanlar”ın rəhbərliyi ilə danışıqlarda Ronaldonun onun planlarında olmadığını bildirib. Ten Haq deyib ki, forvard onun oyun üslubuna uyğun deyil.

Xatırladaq ki, bundan əvvəl Amsterdam “Ayaks”ının baş məşqçisi olan Erik ten Haqın gələn həftə “Mançester Yunayted”ə rəsmən təyin olunağı barədə məlumatlar yayılıb.

Daha çox


Son xəbərlər
topaz banner