Cerrard: "Suares kobudluq edirdi"

Cerrard: "Suares kobudluq edirdi"
XƏBƏR 15 Aprel 2022 / 17:12 5314
-  A +

"Liverpul"un sabiq futbolçusu, hazırda "Reyncers"ə baş məşqçilik edən Stiven Cerrard "mersisaydlılar"dakı keçmiş komanda yoldaşı Luis Suaresdən danışıb. 

Qol.az goal.com-a istinadən xəbər verir ki, o, uruqvaylı hücumçunun tez-tez kobudluq etdiyini deyib: 

"Suares fərqində olmadığı hərəkətlər edirdi. Hətta komanda yoldaşımız Ceymi Karraqerlə söhbətləşərkən onun Suares haqqında dediklərini də xatırlayıram. Demişdi ki, Suareslə qarşılaşmaqdan qorxur. Karraqer onu hər gün məşqlərdə görmək istəmirdi. Suares kobudluq edirdi". 

Qeyd edək ki, Suares 2011-2014, Cerrard isə 1998-2015-ci illərdə "Liverpul"da oynayıb. 

Daha çox


Son xəbərlər
topaz banner