"Barselona"da şok itki

"Barselona"da şok itki
XƏBƏR 15 Aprel 2022 / 12:54 3267
-  A +

"Barselona"nın futbolçusu Pedri zədələnib. 

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi Avropa Liqasının 1/4 final mərhələsində "Ayntraxt"la cavab matçında sıradan çıxıb. O, görüşdə fasilə zamanı əvəzlənib. 

Bud nahiyəsindən zədələnən oyunçunun mövsümün qalan hissəsini buraxacağı gözlənilir. 

Qeyd edək ki, "Barselona" "Ayntraxt"la ilk görüşdə 1:1 hesablı heç-heçə etsə də, cavab matçında 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner