"Belə şeyləri pulla ala bilməzsiniz"

"Belə şeyləri pulla ala bilməzsiniz"
XƏBƏR 15 Aprel 2022 / 11:33 2008
-  A +

"Ayntraxt"ın baş məşqçisi Oliver Qlasner Avropa Liqasının 1/4 finalında "Barselona"ya qalib gəldikləri cavab matçı (3:2) barədə danışıb. 

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis bu qələbəni heç vaxt unutmayacaqlarını deyib: 

“Futbolçularımız möhtəşəm çıxış etdilər. Yekunda lazım olmayan qollar buraxsaq da, matçı daha maraqlı etdik.  Futbolçularıma və azarkeşlərimizə böyük təşəkkür düşür. Bu gün burada olan hər kəs bu axşamı heç vaxt unutmayacaq. Çünki belə şeyləri heç bir pul ala bilməz”. 

Qeyd edək ki, "Ayntraxt" "Barselona" ilə ilk görüşdə 1:1 hesablı heç-heçə etmişdi. Cavab matçında komanda rəqibini 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. 

Daha çox


Son xəbərlər
topaz banner