Rafaelin “Karate Combat”dakı növbəti döyüşünün vaxtı bilindi

Rafaelin “Karate Combat”dakı növbəti döyüşünün vaxtı bilindi
XƏBƏR 14 Aprel 2022 / 21:15 1522
-  A +

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin peşəkarların mübarizə apardığı “Karate Combat”dakı növbəti döyüşünün vaxtı açıqlanıb.

Qol.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı idmançı iyunun 11-də Macarıstan təmsilçisi Jolt Habda ilə qarşılaşacaq. Görüş ABŞ-ın Florida ştatının Orlando şəhərində olacaq.
 
Bu, turnirdə yeni mövsümün sayca 3-cü döyüşü olacaq.

Daha çox


Son xəbərlər
topaz banner