“Kəpəz”in azarkeşlərinin Yaşar Vahabzadəyə növbəti etirazı - Şəkil

“Kəpəz”in azarkeşlərinin Yaşar Vahabzadəyə növbəti etirazı - Şəkil
XƏBƏR 13 Aprel 2022 / 20:13 4488
-  A +

“Kəpəz"in azarkeş qrupu olan "Kəpəz Ultras” klubun baş məşqçisi Yaşar Vahabzadəyə etiraz edib.

Qol.az xəbər verir ki, bununla bağlı onlar 1-ci divizionda bu gün keçirilən "Turan Tovuz"la səfər oyunundan sonra tribunada açdıqları pankartın şəklini paylaşıblar. Pankartda yazılıb: “Nəticələriniz gözümüzü yaşardır". 

Azarkeşlər "Kəpəz"in 1-ci divizionunda uğursuz çıxışları səbəbindən bu addımı atıblar.

Qeyd edək ki, Gəncə təmsilçisi 1-ci divizionda hazırda 28 xalla 8-ci pillədə qərarlaşıb. "Kəpəz" bu gün qərb derbisində "Turan Tovuz"a 2:3 hesabı ilə uduzub.

Xatırladaq ki, "Kəpəz"in azarkeşləri bundan əvvəl "Keşlə-2"yə 0:2 hesabı ilə uduzduqları ev oyunundan sonra Y.Vahabzadəni istefaya səsləmişdilər.

Daha çox


Son xəbərlər
topaz banner