Ronaldonun "Qızıl top" seçimi

Ronaldonun "Qızıl top" seçimi
XƏBƏR 13 Aprel 2022 / 13:49 3855
-  A +

Məşhur braziliyalı sabiq futbolçu Ronaldo bu mövsüm "Qızıl top"u "Real"ın oyunçusu Kərim Benzemanın qazanmasını istəyir. 

Qol.az xəbər verir ki, 45 yaşlı keçmiş futbolçu "Sky Sports"a açıqlamasında bu barədə danışıb. O deyib: 

"Bu mövsüm Çempionlar Liqasının qalibi olmaq üçün əsas namizəd təbii ki, "Real"dır. Dünyanın ən yaxşı mütəxəssislərindən biri Karlo Ançelotti "Real"ın baş məşqçisidir. Bu, onlar üçün böyük bir şansdır. Həm də "Real"ın Kərim Benzema kimi çox yaxşı futbolçusu var. Bunu illərdir deyirəm, yenə də deyəcəyəm: Benzema "Qızıl top"u qazanmağa layiqdir. Keçmişdə belə sözlər dediyimə görə məni tənqid etmişdilər. Amma Benzema möhtəşəm bir hücumçudur".

Daha çox


Son xəbərlər
topaz banner