CAS Rusiya millisi ilə bağlı müraciəti rədd etdi

CAS Rusiya millisi ilə bağlı müraciəti rədd etdi
XƏBƏR 12 Aprel 2022 / 22:50 1928
-  A +

İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Futbol İttifaqının (RFS) şikayətini təmin etməyib.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, RFS-in 2022-ci il dünya çempionatının pley-off mərhələsinin oyunlarının təxriə salınması ilə bağlı müraciəti rədd edilib.

Bildirilib ki, Polşa, İsveç və Çexiya Futbol Assosiasiyaları pley-offda Rusiyaya qarşı oynamamaq qərarlarını açıq şəkildə elan ediblər.

Qeyd edək ki, FİFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmalarının və klublarının beynəlxalq turnirlərdə iştirakına qadağa qoyub.

Daha çox


Son xəbərlər
topaz banner