"Qarabağ"ın sabiq futbolçusu ölkəsinə qayıtdı

"Qarabağ"ın sabiq futbolçusu ölkəsinə qayıtdı
XƏBƏR 12 Aprel 2022 / 19:40 5061
-  A +

"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike Türkiyənin "Sivasspor" klubundan ayrılıb.

Qol.az Superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 32 yaşlı futbolçu "İnternasyonal"a keçib. O, yeni klubu ilə 2024-cü ilin yayınadək müqavilə imzalayıb.

Xatırladaq ki, Pedro Enrike 2017/2018 mövsümündə icarə əsasında "Qarabağ"da çıxış edib. O, 2019-cu ildə müqavilə məxsus olduğu PAOK-dan “Kayserispor”a transfer olunmuşdu.

Daha çox


Son xəbərlər
topaz banner