Nazarov "Erzgebirge"dən ayrılacaq?

Nazarov "Erzgebirge"dən ayrılacaq?
XƏBƏR 12 Aprel 2022 / 09:29 1580
-  A +

Almaniya 2-ci Bundesliqa təmsilçisi "Erzgebirge"də çıxış edən millimizin üzvü Dmitri Nazarov Aue təmsilçisindəki gələcəyi haqda danışıb.

Qol.az "TAG24"ə istinadən xəbər verir ki, o, klubda qalıb-qalmayacağı ilə bağlı rəhbərliklə danışacağını deyib: "Hələ heç kimlə heç nə ilə əlaqədar danışmamışam. Mən çox nikbin insanam və həmişə ayağa qalxacağımıza inanmışam. İki gün özümü silkələyib, ailəmlə danışacağam. Görək, nə etmək mümkündür. Klub rəhbərliyi ilə də söhbətim olacaq".

Qeyd edək ki, "Erzgebirge" hazırda 19 xalla 18 komanda arasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komanda 2-ci Bundesliqanı tərk etsə, Nazarov klubdan ayrıla bilər.

Daha çox


Son xəbərlər
topaz banner