"Benfika"nın yeni baş məşqçisi bilindi

"Benfika"nın yeni baş məşqçisi bilindi
XƏBƏR 11 Aprel 2022 / 14:34 1830
-  A +

PSV-nin baş məşqçisi Rocer Şmidt növbəti mövsümdən Portuqaliyada çalışacaq.

Qol.az Bild-ə istinadən xəbər verir ki, “Benfika” almaniyalı mütəxəssislə razılığa gəlib. Onunla 2024-cü ilin iyununa qədər müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, ​55 yaşlı mütəxəssis fevral ayında verdiyi açıqlamada mövsümün sonunda PSV-dən ayrılacağını bildirmişdi. O,  2020-ci ildən Eyndhoven klubunu çalışdırır.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner