"Bursaspor" Namikin məhsuldar ötürməsi ilə qalib gəldi

"Bursaspor" Namikin məhsuldar ötürməsi ilə qalib gəldi
XƏBƏR 10 Aprel 2022 / 23:36 2483
-  A +

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə 1-ci liqasında növbəti matçına çıxıb.

Qol.az xəbə verir ki, komanda 30-cu turda "Kocaelispor"u qəbul edib. Görüş "Bursaspor"un qələbəsi ilə başa çatıb - 2:1.

Start heyətdə meydana çıxan Ələskərov 64-cü dəqiqədə komanda yoldaşı Joao Pedroya 2-ci qolun məhsuldar ötürməsini verərək, qələbədə pay sahibi olub. O, 87-ci dəqiqədə əvəzlənib.

Bu qələbə ilə xalını 31-ə çatdıran "Bursapor" 18-ci pillədə yer alıb. "Kocaelispor" isə 33 xalla 17-cidir.

Daha çox


Son xəbərlər
topaz banner