Renatın komandası "Sportinq"ə uduzdu

Renatın komandası "Sportinq"ə uduzdu
XƏBƏR 10 Aprel 2022 / 10:20 1387
-  A +

Millimizin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Tondela" Portuqaliya çempionatında 29-cu tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda "Sportinq"i qəbul edib və 1:3 hesabı ilə uduzub.

R.Dadaşov sözügedən görüşdə iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, "Tondela" hazırda 25 xalla 16-cı, "Sportinq" 73 xalla 2-cidir.


Son xəbərlər
topaz banner