Mahir "Dinamo"da ilk qolunu vurdu

Mahir "Dinamo"da ilk qolunu vurdu
XƏBƏR 10 Aprel 2022 / 23:55 7084
-  A +

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında 30-cu tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda "Riyeka"nın qonağı olub. Matç  "Dinamo"nun qələbəsi ilə başa çatıb - 2:1.

57-ci dəqiqədə meydana çıxan Mahir 79-cu dəqiqədə komandasının 1-ci qolunu vurub. Bu, Emrelinin Zaqreb təmsilçisində ilk qoludur.

Bu nəticədən sonra "Dinamo" 63 xalla 1-ci, "Riyeka" 55 xalla 4-cüdür.

10 aprel

22:00. "Riyeka" - "Dinamo" (Zaqreb) - 1:2

Qollar: Cerin 6, (1:0), Emreli, 79 (1:1), Ademi, 86 (1:2)

Daha çox


Son xəbərlər
topaz banner