Nazarovun komandası məğlub oldu

Nazarovun komandası məğlub oldu
XƏBƏR 9 Aprel 2022 / 19:27 849
-  A +

Millimizin futbolçusu Dmitri Nazarovun formasını geydiyi "Erzgebirge" Almaniya 2-ci Bundesliqasında 29-cu tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, Aue təmsilçisi evdə "Hannover 96" ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub. Nazarov bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana daxil olub və sonadək oynayıb.

Qeyd edək ki, "Erzgebirge" hazırda 19 xalla 18 komanda arasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


Son xəbərlər
topaz banner