"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə "Şamaxı"nı 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun haqqında danışıb.
- Futbolçular əziyyət çəkdilər. Çoxdandır süni örtüklü meydançada oynamırdıq. İlk hissədəki gərginliyin səbəbi bəlkə də bu idi. Yolumuza davam edəcəyik. Növbəti turda "Sabah"la oyun var. Ona hazırlaşacağıq.
- Stadiondakı atmosferin futbolçularınıza təsir etdiyini düşünürsüz?
- Mənim üçün xoş idi. Azarkeşər möhtəşəm idilər. Bəlkə də gənc oyunçularımız belə şeyə öyrəşməyib. Ona görə də ilk hissədə səhvlər edirdilər. Amma ikinci hissədə toparlandıq. Ümid edirəm ki, gələcəkdə oyunlarımız da bu cür ab-havada keçəcək.
- Əsas heyətlə bağlı səhvə yol verdiyinizi düşünmürsüz?
- Mertlə bağlı səhv etdiyimizi düşünürük, amma Yusuf Lavalla bağlı yox. Oyunun gedişatı bizi qane etsəydi, Yusufu meydana buraxmayacaqdıq. O, "Zirə" ilə oyundan əvvəl zəhərlənmişdi. İstəmirdik ki, bu gün oynasın. Oynamamağının səbəbi sırf bu idi. Yusuf tam hazır deyil, çox əziyyət çəkirdi.
- Fərid Yusufli öndə oynasa daha faydalı olmaz?
- Xeyr, daha öndə oynasa, ondan əsər-əlamət qalmaz. Fəridin kreativliyi çatışmır, sırf dağıdıcı oyunçudur. Ondan tələblərimiz başqadır. Bəlkə də ilk dəfə bu cür artmosferdə oynayırdı. Bu da oyununa təsir edə bilər.
- Uqo Baştonun komandadan getməsinin səbəbi nədir?
- Burada olan durumundan məmnun deyildi. Həmişə oynamaq istəyirdi. Amma onun istəyi yalnız dildə idi. Onu başa salırdım ki, çox çalışmalıdır. Vəziyyəti bir-birimizə izah etdik. Uqoya dedim ki, bu durumla burada oynaya bilməzsən. O da getmək qərarı verdi. (Sportal.az)
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu
Qadın hakimi yıxsalar da, kömək etmədilər - Video
Maldini İtaliya futboluna rəhbərlik edə bilər
"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda
“Trabzonspor” - “Qalatasaray” matçında dava düşdü - Video
"Real"ı belə məğlub etdilər - Video
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
"Mançester Siti" "Liverpul"u darmadağın etdi - Video
“Barselona” “Real”la xal fərqini artırdı
“Arsenal” kubokla vidalaşdı