"Barselona"ya qol vurdu, ən yaxşı seçildi

"Barselona"ya qol vurdu, ən yaxşı seçildi
XƏBƏR 8 Aprel 2022 / 17:26 1853
-  A +

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Qol.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. "Ayntraxt"ın futbolçusu Ansqar Knauff ən yaxşı seçilib. 20 yaşlı yarımmüdafiəçi evdə "Barselona" ilə görüşdə baxımlı qola imza atıb.

Qeyd edək ki, sözügedən oyun 1:1 hesabı ilə başa çatıb. Komandalar arasında cavab matçı aprelin 14-ü İspaniyada olacaq. 


Son xəbərlər
topaz banner