Sneyderin son görüntüsü hər kəsi təəccübləndirdi - Şəkil

Sneyderin son görüntüsü hər kəsi təəccübləndirdi - Şəkil
XƏBƏR 8 Aprel 2022 / 12:58 3994
-  A +

2019-cu ildə karyerasını bitirən məşhur futbolçu Uesli Sneyderin son görüntüsü hər kəsi təəccübləndirib. 

Qol.az xəbər verir ki, həyat yoldaşı ilə ayrılıq dövrü yaşayan və peşman olan 37 yaşlı veteran futbolçu əvvəlki fiziki formasında xeyli uzaqlaşıb. Sneyderin Rusiya və Ukrayna arasındakı müharibədən əziyyət çəkən sivil insanlara dəstək üçün təşkil olunan futbol turnirində çəkilən son fotolarında onun çox çəki aldığı görünür. 

Qeyd edək ki, Sneyder 2007-2009-cu illərdə “Real”da, 2009-2012-ci illərdə “İnter”də, 2013-2017-ci illlərdə “Qalatasaray”da oynayıb. O, karyerası ərzində “Ayaks”, “Nitsa”, “Əl-Qarafa” kimi klublarda da çıxış edib. Sneyder 2003-2018-ci illərdə Niderland millisinin formasını geyinib. Sabiq futbolçu karyerasını 2019-cu ildə başa vurub.


Son xəbərlər
topaz banner