“Marsel” - PAOK oyununda qalmaqal

“Marsel” - PAOK oyununda qalmaqal
XƏBƏR 8 Aprel 2022 / 11:30 2552
-  A +

Konfrans Liqasının 1/4 final mərhələsinin “Marsel” – PAOK oyunu (2:1) zamanı insident olub.

Qol.az xəbər verir ki, “Veledrom” stadionundakı matçdan əvvəl yerli fanatlar yunan azarkeşlərin oturduğu sektora məşəl atmağa başlayıb. Daha öncə isə şəhərin küçələrində qalmaqal yaşanıb. Polisin məlumatına görə, qonaq komandanın azarkeşlərinin qaldığı otelin qarşısında kütləvi dava baş verib.

Xatırladaq ki, KL-də 1/8 finalın “Bazel”lə ev oyunu zamanı da azarkeşlərin oturduğu sektora qarşılıqlı məşəl atılıb.


 


Son xəbərlər
topaz banner