Xavi: "Top yerindən tərpənmirdi"

Xavi: "Top yerindən tərpənmirdi"
XƏBƏR 8 Aprel 2022 / 11:23 3857
-  A +

"Barselona"nın baş məşqçisi Xavi Ernandes Avropa Liqasının 1/4 final mərhələsində "Ayntraxt"la heç-heçə etdikləri ilk matç (1:1) barədə danışıb. 

Qol.az xəbər verir ki, 42 yaşlı mütəxəssis cavab görüşündə doğma meydanda daha yaxşı nəticə qazanacaqlarını deyib: 

“Top yerindən tərpənmirdi. Qazon çox pis vəziyyətdə idi. "Kamp Nou"da hər şey fərqli olacaq. Çünki orada ot örtüyü daha yaxşıdır. "Ayntraxt"ın stadionunda olduğu kimi səs-küylü dəstəyə ehtiyacımız var. Atmosfer qeyri-adi idi. Amma bu, bizə təsir etmədi. Rəqib yaxşı müdafiə olunurdu. Necə hücum edəcəyimizi bilmirdik". 

Qeyd edək ki, komandalar arasında cavab görüşü aprelin 14-ü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 


Son xəbərlər
topaz banner