Müğənni Xumar Qədimovanın sosial şəbəkə hesablarını izləyənlər əməkdar artistin bu idman növü ilə hansı səviyyədə maraqlandığından xəbərdardır. Əvəllər də futbola olan sevgisi barədə müxtəlif fikirlər səsləndirmiş sənətçi ilə idmanın şahından danışmağa qərar verdik.
Xumar xanım müsahibəsində Yoahim Löv və Braziliya millisi ilə yanaşı, Qazaxın "Göyəzən" komandasından da söhbət açdı.
- Bu günə kimi bir sıra müsahibələrinizdə futbol haqda danışmısınız. Bu idman növünə marağınız necə yaranıb?
- Futbol eşqi bizim ailəyə mənim atamdan keçib. O, futbolu çox gözəl analiz edirdi və bu sahədə böyük anlayışı var idi. Rəhmətlik Sabir Ələsgərovun (2020-ci ildə dünyasını dəyişən mərhum diktoru, xalq artistini nəzərdə tutur - red.) verilişində də futbolla bağlı çıxışı olub. Həmin buraxılışda atam futbolu detallı şəkildə müzakirə edirdi. Bundan əlavə o, həm də gözəl oyunçu olub. Əminəm ki, atamın gənclik vaxtı indiyə təsadüf etsəydi o, Azərbaycan futbolunu ucaldanlardan olardı. Dediyim odur ki, bu bizə genetik olaraq keçib. Bundan əlavə, ailəmizdəki uşaqlar da futbola böyük maraq göstərir və onu mükəmməl bilirlər. Hazırda özüm də bu idmana maraq göstərirəm. Futbol analitikləri və ya mütəxəssisləri qədər bilməsəm də, bu sahəyə yaxın adamam.

- Azarkeşlik etdiyiniz klub və milli hansıdır?
- Maraqlı sualdır. Milli olaraq Braziliya mənim üçün ən yüksək zirvədədir. Top adı gələndə, söhbət futboldan düşəndə mənim gözümün qarşısında Braziliya millisi dayanır. Onları çox sevirəm. Müsahibələrimdən birində qeyd etmişdim, yenə də demək istərdim ki, Braziliya millisi bizim yığma komanda ilə qarşılaşsa belə, braziliyalıların qalib olmasını istərdim. Çünki mən qəhrəmanın qalib olmasını sevirəm. Klub olaraq Zidanın, Raulun, Fiqunun, braziliyalı Ronaldonun dönəmindəki "Real"ı sevmişəm.
- Ən xarizmatik hesab etdiyiniz baş məşqçi və ya futbolçu kimdir?
- Baş məşqçi kimi hamıya bəllidir ki, mən Yoahim Lövü sevirəm. Onun soyuqqanlılığını, peşəkarlığını ... Aman Allah ... Löv, Löv, Löv ... Heyif ki, getdi. Onun yenidən fəaliyyət göstərməsini çox istərdim. Yadımdan çıxmamış bir məşqçini də qeyd etmək istəyirəm - Qvardiola. Oğlum onun pərəstişkarıdır. Mən də onu sevməyə başlamışdım. Qvardiolanın da futbol fəlsəfəsini, onun məktəbini, xarizmasını çox bəyənirəm. Amma Löv mənim üçün ilk sıradadır. Futbolçuya gəlincə, bu, Ronaldinyodur. Onu niyə sevirəm? Ronaldinyonun topla rəftarı inanılmaz idi. Sanki rəqs edirdi... Onun oyunundan doğan xarizmasını sevirəm. Futbolçulara xarici görünüşünə görə deyil, onların peşəkarlığına görə qiymət verirəm. Məsələn, Rivaldonun xarici görünüşü elə də gözəgəlimli deyildi, amma mənim üçün onun çirkinliyi də ona xarizma qatırdı. Oliver Kanı da qeyd edərdim. Necə gözəl qapıçı idi... Ştefan Effenberqi də bu siyahıya əlavə edərdim. Son zamanlar futboldan nisbətən soyumuşam. Bu da təsadüfi deyil. 2014-cü ildə Dünya Çempionatının yarımfinalında Braziliya millisi almanlara 1:7 hesabı ilə uduzmuşdu. Bu oyundan sonra futboldan müəyyən qədər soyudum. Həmin məğlubiyyət mənə o qədər təsir etmişdi ki.
Qarşıdan dünya çempionatı gəlir və Xumar yenə də ağlayacaq! Bəli, məndə bu da var. Mən Peter Şmeyxeli yaxşı xatırlayıram. Onun oğlu Kasperi də tanıyıram. Avropa çempionatının yarımfinalında Kasper Şmeyxelin komandasının İngiltərəyə məğlub olmasını unuda bilmirəm. Nə qədər ağladım, aman Allah ...
- Ölkə futbolu nümayəndələrindən tanışlıq, dostluq əlaqəniz olan kimsə varmı?
- Yerli futbolçularımızdan heç biri ilə yaxın münasibətim və ya ünsiyyətim yoxdur. Çox arzulayardım ki, onların hər biri lazım olan zirvəyə gəlib çatsınlar. Bu da məncə, düzgün futbol idarəçiliyindən asılıdır. Ölkə futbolunun çiçəklənməsi və uğurlar qazanması mənim böyük arzumdur. Bir epizodu xatırladım, 2002-ci il dünya çempionatı zamanı oyunu buraxmamaq üçün öz işimdən imtina etmişdim. Mənim istəyim odur ki, Azərbaycan millisi o qədər uğurlu çıxış etsin ki, mən də gəlirimdən imtina edərək onların oyunlarını izləməyə gedim.

- Əslən Qazax rayonundansınız. Son illərdə olmasa da, vaxtilə Qazax rayonunun "Göyəzən" klubu ölkə çempionatında çıxış edib. Doğma rayonunuzun komandası haqqında məlumatınız olub, heç matçlarını izləmisinizmi?
- Qazax maşallah, futbola olan sevgisi ilə tanınır. Yenə qeyd edim, mənim atam da futbola xüsusi sevgi ilə yanaşırdı. "Göyəzən"lə bağlı bir məqama toxunum. Səhv etmirəmsə, 90-cı illər idi, "Göyəzən" "Neftçi"yə necə qalib gəlmişdi ... (gülür). Bu yaxınlarda "Göyəzən"in stadionu ətrafından keçirdim. Oradakı acınacaqlı vəziyyətə, baxımsızlığa, sahibsizliyə çox üzüldüm, inanın. İndi danışıram və birtəhər oluram. Gözümün qarşısına gəlir... Kövrəldim... Onların yüksək liqaya geri dönməsini çox istərdim. Sevinərdim buna.
Mənbə: fanat.az
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil
Kloppun keçmiş köməkçisi baş məşqçi oldu
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
Arda Güler “Real”la yeni müqaviləsindən danışdı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi