Bekhemin oğlu evlənir

Bekhemin oğlu evlənir
XƏBƏR 6 Aprel 2022 / 21:58 2196
-  A +

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin oğlu Bruklin Bekhem evlənməyə hazırlaşır.

Qol.az xəbər verir ki, 23 yaşlı Bruklin amerikalı aktrisa Nikola Anne Peltslə ailə quracaq. 

Məsələnin maraqlı tərəfi isə budur ki, cütlük toy öncəsi evlilik sözləşməsi imzalayıb. Tərəflərin belə addım atmasına səbəb aktrisanın milyarder atası Nelson Peltsdir. Sözləşmənin detallarına əsasən, Bruklin və Anne boşansa, onlar ailələrinin bütün sərvətindən məhrum qalacaqlar.


Son xəbərlər
topaz banner