Emil Balayevin baş məşqçisi istefa verdi

Emil Balayevin baş məşqçisi istefa verdi
XƏBƏR 6 Aprel 2022 / 14:31 1772
-  A +

Millimizin qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstanın “Turan” klubunun baş məşqçisi Vladimir Qazzayev istefa verib.

Qol.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Onu bu vəzifədə müvəqqəti olaraq Kuanış Kabdulov əvəz edəcək. Qazzayevin ailə məsələlərinə görə klubla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etdiyi bildirilib.

Qeyd edək ki, millimizin eks futbolçusu Vaqif Cavadov "Turan"da məşqçi vəzifəsində işləyir.

Əlavə edək ki, "Turan" bu mövsüm Qazaxıstan Premyer Liqasında keçirdiyi 3 görüşdən 1 xal toplayıb və hazırda 14 komanda arasında 13-cü yeri tutur .


Son xəbərlər
topaz banner