İquain karyerasını başa vurur

İquain karyerasını başa vurur
XƏBƏR 5 Aprel 2022 / 16:47 2955
-  A +

“İnter Mayami”nin futbolçusu Qonzalo İquain 2022-ci ilin sonunda karyerasını başa vuracaq.

Qol.az xəbər verir ki, bu barədə 34 yaşlı hücumçunun atası Xorxe İquain “TNT Sport”a açıqlamasında danışıb. O, oğlunun ilin sonunda futbolçu karyerasını başa vuracağını bildirib:

“Mən Qonzalonun Argentinaya dönəcəyini düşünmürəm. Çünki o, mənə bu ilin sonunda karyerasını başa vuracağını və idmandan ayrılacağını söylədi.  İstəyərdim ki, futbolçu karyerasından sonra da futbolla bağlı işlə məşğul olsun. O, çox şey bilir, çox yerləri gəzib, uğur qazanmaq üçün hər şeyə malikdir. Fikrimcə, Qonzalo futbol sahəsində çalışmasa, pis olacaq”. 

Qeyd edək ki, İquain karyerası ərzində “Real”, “Milan”, “Çelsi”, “Napoli”, “Yuventus” kimi məşhur klublarda oynayıb. O, 2009-2018-ci illərdə Argentina millisinin formasını geyinib. Futbolçu 2020-ci ildən “İnter Mayami”də çıxış edir.  


Son xəbərlər
topaz banner