Ramosu ağ yuyub, qara sərdi...

Ramosu ağ yuyub, qara sərdi...
XƏBƏR 5 Aprel 2022 / 13:43 2948
-  A +

PSJ-nin sabiq futbolçusu Jerom Roten komandanın müdafiəçisi Serxio Ramosu tənqid edib. 

Qol.az xəbər verir ki, 44 yaşlı keçmiş yarımmüdafiəçi bu barədə goal.com-a açıqlamasında danışıb. O deyib: 

“Ramos mövsümdə oynadığı vaxtı və çıxdığı matçları nəzərə alaraq, PSJ-də qalmaq istədiyini deyir. Oh, bu, sürprizdir! Təbii ki, ayda bir milyon avrodan çox qazananda qalmaq istəyəcəksən. Bəli, bacardığınız hər şeyi qazandınız. Susun və meydançada işinizlə məşğul olun!"

Qeyd edək ki, Ramos bu mövsüm 6 matçda 1 qol vurub. 


Son xəbərlər
topaz banner