"Bu, məni xoşbəxt edir" - "Qəbələ"nin hücumçusu

"Bu, məni xoşbəxt edir" - "Qəbələ"nin hücumçusu
XƏBƏR 5 Aprel 2022 / 11:49 1121
-  A +

"Qəbələ"nin futbolçusu Rafael Utziq klubunda 50-ci oyununa çıxmasını şərh edib.

Qol.az xəbər verir ki, braziliyalı hücumçu "Terra"ya açıqlamasında bunun üçün xoşbəxt olduğunu deyib: 

"Bu, mənim Avropadakı ilk klubumdur və artıq belə mühüm mərhələyə çatmağım məni xoşbəxt edir. Mövsüm hələ bitməyib və biz klubun məqsədləri yolunda davam edəcəyik. Konfrans Liqasına vəsiqə üçün hələ Azərbaycan Premyer Liqasında 7, kubokda yarımfinal oyunlarımız var".

Qeyd edək ki, "Qəbələ" turnir cədvəlində 34 xalla 4-cü pillədə qərarlaşıb. Komanda kubokun yarımfinalında "Qarabağ"la qarşılaşacaq.


Son xəbərlər
topaz banner