Krivotsyukun komandasından qələbə

Krivotsyukun komandasından qələbə
XƏBƏR 4 Aprel 2022 / 22:50 1618
-  A +

Millimizin futbolçusu Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) Polşa çempionatında 27-ci tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, Varşava təmsilçisi evdə "Qurnik"lə qarşılaşıb. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

A.Krivotsyuk sözügedən görüşdə iştirak etməyib. Onun adı oyununun iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Visla" hazırda turnir cədvəlində 18 komanda arasında 39 xalla 6-cıdır.


Son xəbərlər
topaz banner