Namik Ələskərov "TOP-3"də

Namik Ələskərov "TOP-3"də
XƏBƏR 4 Aprel 2022 / 18:37 4090
-  A +

"Bursaspor"da bu mövsüm indiyə kimi ən çox meydana çıxan futbolçular müəyyənləşib.

Qol.az "Buraspordabugun"ə istinadən xəbər verir ki, ilk 3-lükdə Türkiyə 1-ci liqa təmsilçisində çıxış edən millimizin üzvü Namik Ələskərov da yer alıb. O, 1 980 dəqiqə ilə 3-cü pillədə qərarlaşıb. O, eyni zamanda klubda bu mövsüm ən çox meydana çıxan legioner oyunçu da olub.

Qeyd edək ki, siyahıya 2 min 365 dəqiqə ilə Burak Altıparmak başçılıq edir. Onur Atasayar 2 min 182 dəqiqə ilə 2-cidir.


Son xəbərlər
topaz banner