"Şaxtyor" Türkiyə klubları ilə qarşılaşacaq

"Şaxtyor" Türkiyə klubları ilə qarşılaşacaq
XƏBƏR 4 Aprel 2022 / 16:00 4218
-  A +

Ukraynanın “Şaxtyor” klubu Türkiyə təmsilçiləri ilə yoxlama oyunu keçirəyi planlaşdırır.

Qol.az xəbər verir ki, bu barədə Donetsk təmsilçisinin direktoru Dario Srna yerli mətbuata açıqlamasında bildirib. O, aprelin 13-də “Beşiktaş”, 19-da isə “Fənərbağça” ilə qarşılaşacaqlarını söyləyib. Oyunlardan əldə ediləcək gəlir Ukraynadakı müharibədən əziyyət çəkən insanlara yardım üçün xərclənəcək.

Xatırladaq ki, artıq 1 aydan artıqdır ki, Rusiya qoşunlarının hücumuna görə Ukraynada bütün idman yarışları, o cümlədən futbol dayandırılıb.


Son xəbərlər
topaz banner