Azərbaycanda xarici bukmeker kontorlarının fəaliyyəti qadağandır. 2021-ci il dekabrın 27-də Azərbaycan parlamenti “Telekommunikasiya haqqında” Qanuna düzəlişi qəbul edib. Düzəliş virtual məkanda lotereya və idman mərc saytlarına girişi qadağan edir.
Qanuna edilən düzəlişə əsasən, internet provayderləri və rabitə operatorları telekommunikasiya xidmətləri vasitəsilə belə oyunların təşkilinin və keçirilməsinin qarşısını almalıdırlar. Bura oyunların təşkili və ya bilet satışı, oyunlarda iştirak, o cümlədən xarici lotereya təşkilatçılarına və idman mərc oyunlarının operatorlarına ölkədə virtual mühitə çıxış daxildir.
Əslində, daha öncədən də bu barədə qadağalar var idi, amma müxtəlif vasitələrlə qanunlar pozulur, vətəndaşlar xarici bukmeker kontorlarında oynamağa davam edirdi. “Telekommunikasiya haqqında” Qanuna son düzəlişdən sonra nəzarət daha da güclənib.
Ölkədə mərc oyunlarını təşkil edən qurumlar var və onlar mərc həvəskarlarına yaxşı xidmət göstərir. Uduşlar vaxtında, heç bir problem yaradılmadan ödənilir. Amma bəzi vətəndaşlar var ki, xarici bukmeker kontorlarına üz tutur, haqsızlıqla üzləşəndə dərini deməyə heç kimi tapmır, hətta uduşlarını da ala bilmir. Yalnız uduşlarını ala bilmədikdən sonra yanlış yolda olduqlarını anlayırlar.
Sözügedən saytların hər hansı ofisi, rəsmi nümayəndəliyi yoxdur, bu səbəbdən cərimələrdən yaxa qurtarırlar. Onlar ofşor zonalarda saxta şirkətlər yaradır və böyük təbliğat mexanizmi, reklamlarla digər ölkələrin bazarına daxil olub qanunsuz fəaliyyət göstərir, insanların pulunu talayırlar. Həmin saytlarla birbaşa əlaqəyə girmək üçün vasitə yoxdur, olduqda isə heç zaman problemin həllinə nail olmaq baş tutmur.
Belə saytlar vergidən, müxtəlif xərclərdən qaça bildiyi üçün qanuni mərc saytları ilə müqayisədə daha yüksək, cəlbedici əmsallar təklif edirlər. Belədə vətəndaşları tora salmaq asanlaşır. Amma böyük uduşlar olanda onlara əl çatmır, kimsə də haqqını tələb edə bilmir. Hesablar blok olunur, və ya müxtəlif bəhanələrlə ödənişlərin verilməsi “unudulur”.
Aldadılmış müştərilərin sosial şəbəkələrdə etdiyi “üsyanlar”dan bir neçə nümunəni təqdim edirik. Məsələn, bir nəfər yazır: “1xBetdə 500 AZN depozit edilmiş hesab idi. Bir neçə dəfə xahiş etdikdən sonra çıxarışı bağladılar, sənədlər istədilər. Müxtəlif kartların şəkilləri, kartlardan çıxarış, sorğu-sual... Sonra da yalandan , qaydalara zidd mərc etdiyimi deyib hesabımı blokladılar, udduğum 14 minin arxasına keçdilər. Heç bir halda hesabı geri qaytarmadılar”.
Camaatın ürəyi doludur. Başqa bir vətəndaş “BetPriz”də 10 AZN depozit edib, voleybolda “stavka” edərək balansını 3 gün ərzində 17 min manata qədər yüksəldib. Çıxarış verdikdə vətəndaşı incidiblər, ona gündəlik 300, 200, 100 manat çıxarmağa imkan yaradıblar, sonda 15 min manat qalarkən hesabı səbəb göstərmədən blok ediblər.
“MostBet” də fırıldaqda ad çıxarıb. Bu saxta şirkət bir nəfərin 39 min manatlıq uduşunu ödəməkdən imtina edib. Səbəb kimi oyunların guya satılmış olması göstərilib. Vətəndaş kuponun fotosunu paylaşaraq yazıb: “Bu şəkildə satılmış oyun görürsüz? Hamının pul yatırıb qazanacağı oyunlardı. Hələ “MostBet”in bir işçisinin hesabı oğurlamasını demirəm. Hesabı oğurlayıb, parolu dəyişib, indi isə hesab dondurulub. “MostBet” 10-12 günə cavab verəcəyini demişdi, indi də 60 günə cavab verəcəklərini deyirlər”.
Digər bir zərərçəkmiş yazır: “Mənə dərs olsun. Bir də belə saytlara güvənib mərc etmərəm. 732 AZN çıxarış etdim, imtina gəldi, sənəd təsdiqi istədilər. Halbuki keçən ay vəsiqə ilə selfi istəmişdilər, göndərmişdim, problem olmamışdı. Bu dəfə çıxarış məbləği yüksəldiyi üçün belə etdilər... Cünet Erten başda olmaqla bir qrup fırıldaqçını bu sektordan rədd etmək lazımdı. Hər kəs boykota başlasın. “BetPriz”, “Bahisden Bet”, “BetButa” – Azərbaycanda bu saytlar eyni adamındı, pulları yığıb qaçırlar, sonra başqa saytla bazara girirlər. Belə saxta oynamayın, daha bəsdir. Bu saytlar sizi ən çətin anda pis vəziyyətdə qoyub pulunuzu mənimsəyir. Mənə dərs olsun. Nə varsa ancaq “eTopaz” – dövlətin qanuni mərc saytı”.
Bunlar narazı müştərilərdən yalnız bir neçəsidir, oxşar nümunələr həddindən artıq çoxdur.
Qol VAR idimi? “Turan Tovuz”dan etiraz - Video
"Neftçi"dən böyükhesablı qələbə, Tovuzda heç-heçə
“Neftçi” - “Araz-Naxçıvan” matçında fasilə yarandı
"Turan Tovuz" - "Şamaxı" matçından - Video
Salah dubl etdi, "Trabzonspor" qələbə qazandı
"Bu kluba 20 ilimi vermişəm, qəzəbi başa düşürəm"
“Hamı qol olduğunu gördü, hakim görmədi” - Kurban Berdiyev
“Düzgün oyun nümayiş etdirdik” - Azər Bağırov
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
“Neftçi” - “Araz-Naxçıvan” matçının heyətləri açıqlandı
1 avtoqol, 1 qırmızı vərəqə, böyükhesablı qələbə
Haaland yubiley oyununa yeni stili ilə çıxdı - Şəkil
“Mançester Siti”dən 18 ildən sonra ilk
DÇ-də oynadı, 100 milyonluq transfer təklifi aldı
“Turan Tovuz” - “Şamaxı”: Heyətlər
"Çelsi"nin futbolçusu "Napoli"yə keçdi
Başından xəsarət alan Kerem Aktürkoğlunun durumu açıqlandı
Azərbaycan millisinin bütün üzvləri medal qazandı
Darvin Nunyes klubunu dəyişdi
"Atletiko"dan ayrılıb "Barselona"ya keçmək istəyir
Məşhur hakim “Sabah”ın həlledici oyununda!
Mourinyo "Real"ın bazasında gecələyir
Qoretzka bu klubla razılaşdı
Kapitan 2 oyundur ehtiyatdadır! Səbəb nədir? - Video
"Real" mövsümə qələbə ilə başladı - Video
"Bavariya" 12-ci dəfə Almaniya Superkubokunu qazandı
"Fənərbaxça" və "Samsunspor"dan qələbə
Rəşad Sadıqov: “Mütləq heyətimizi genişləndirməliyik”
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
Rüfət oynadı, komandası uduzdu
“Zirə” və "Şəfa"dan qələbə
Azarkeşin halı pisləşdi, matç dayandırıldı
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
“Bu heyətlə məqsədimizə çata bilərik” - Zaur Həşimov
"Tottenhem"in tarixinə düşdü
“Fənərbaxça”dan Taliska açıqlaması
“Zirə” - “İmişli” matçının heyətləri açıqlandı
“Belə meydanda istədiyimiz futbolu oynamaq çətindir”