Azarkeşlər Ramosu fitə basdılar

Azarkeşlər Ramosu fitə basdılar
XƏBƏR 4 Aprel 2022 / 09:51 2722
-  A +

PSJ-nin tez-tez zədələnən futbolçusu Serxio Ramosun uzun müddət sonra oyuna çıxması komandanın azarkeşlərinin qəzəbinə səbəb olub. 

Qol.az xəbər verir ki, bu barədə GFFN məlumat yayıb. 36 yaşlı müdafiəçi yanvarın 23-də "Reyms"lə qarşılaşmadan sonra ilk dəfə ötən gecə "Loryan"la matçda meydana çıxıb (72-ci dəqiqə). Azarekşlər Ramos hər dəfə top toxunanda onu fitə basıblar. 

Görüş PSJ-nin 5:1 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, Ramos bu mövsüm 6 oyunda 1 qol vurub. 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner