AFFA "Qarabağ"ın müraciətinə müsbət cavab verməyib - Açıqlama

AFFA "Qarabağ"ın müraciətinə müsbət cavab verməyib - Açıqlama
XƏBƏR 2 Aprel 2022 / 19:06 5228
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov uzun müddət davam edən zədədən döndükdən sonra milliyə dərhal çağırılan  Bədavi Hüseynov və Rüstəm Əhmədzadə haqda danışıb.

Qol.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 21-ci turunda "Səbail"lə matçdan (5:1) sonra keçirilən mətbuat konfransında deyib ki, R.Əhmədzadənin milliyə çağırılmaması üçün AFFA-ya müraciət etmişdilər:

"Bədavi ilə bağlı narahatlığım var idi. Əlbəttə, getməsini istəməzdim. Belə hallar bizdə çox olub. Əvvəllər də bu barədə fikirlərimi bildirmişəm ki, bəzi oyunçular getməsə daha yaxşı olar. Bəzən anlaşmışıq, bəzən anlaşmamışıq. Bədavi yox, Rüstəm Əhmədzadə ilə bağlı klub tərəfindən müraciət eləmişdik. Demişdik ki, bizimlə qalsa, bəlkə daha yaxşı olar. İdman formasından uzaqdır. Daha əvvəl də bu haqda danışmışdım. Amma ora milli komandadır. Biz çox üzərlərinə gedə bilmərik. Mənim bu mövzu ilə bağlı çox açıqlama verməyim düzgün olmaz. Hər bir halda doğru tərəf milli komandadır". 

Qeyd edək ki, Namik Ələskərovun zədələnməsi səbəbindən R.Əhmədzadə millinin ötən ay  keçirilən iki yoxlama oyunu üçün milliyə çağırılmışdı. B.Hüseynov isə millinin düşərgəsində yenidən zədələnərək 10-14 günlük sıradan çıxıb.


Son xəbərlər
topaz banner