Klopp: "Qışqırıb mahnı oxuya bilmirsinizsə, biletinizi başqasına verin"

Klopp: "Qışqırıb mahnı oxuya bilmirsinizsə, biletinizi başqasına verin"
XƏBƏR 2 Aprel 2022 / 11:39 1609
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen Klopp  Premyer Liqanın 31-ci turunda "Uotford"la oyun öncəsi komandanın azarkeşlərinə müraciət edib.

Qol.az xəbər verir ki, mütəxəssis yerli mətbuata açıqlamasında deyib:

“Mövsümün çox hissəsində “Mançester Siti” bizdən daha irəlidə olur. Bundan sonra nə olacağı məni maraqlandırmır.  Aydındır ki, "Uotford"un çox təcrübəli məşqçisi var. Komanda yaxşı qurulub, təşkil olunub. Onların heyətində çoxlu fərdi texnikası yaxşı olan futbolçular var. Ancaq bu oyun üçün bizə lazım olan şey yaxşı atmosferdir. Əsəbi olmayın, stress keçirməyin... Qışqırıb mahnı oxuya bilmirsinizsə, evdə qalın və biletinizi başqasına verin. Həqiqətən, buna ehtiyacımız var". 


Son xəbərlər
topaz banner