Laporta: "Messi mənə qayıtmaq istədiyini desəydi..."

Laporta: "Messi mənə qayıtmaq istədiyini desəydi..."
XƏBƏR 2 Aprel 2022 / 10:58 3810
-  A +

"Barselona"nın prezidenti Joan Laporta komandanın sabiq futbolçusu, hazırda PSJ-də oynayan Lionel Messsinin kluba qayıdıb-qayıtmayacağı barədə suallara növbəti dəfə cavab verib. 

Qol.az xəbər verir ki, o, "Barselona"nın qapılarının 35 yaşlı hücumçunun üzünə açıq olduğunu deyib: 

"Barselona”nın qapıları hər zaman Messiyə açıq olacaq. Mənə zəng edib qayıtmaq istədiyini desəydi, onunla danışardıq. Bu baş versə, şad olardım". 

Qeyd edək ki, Messi ötən ilin yayında "Barselona"dan ayrılıb. O, azad agent kimi PSJ-yə keçib. 


Son xəbərlər
topaz banner