"Latsio"nun futbolçusu qarət edildi, döyüldü

"Latsio"nun futbolçusu qarət edildi, döyüldü
XƏBƏR 2 Aprel 2022 / 00:28 1565
-  A +

“Latsio”nun futbolçusu Raul Moro qarət edilib və döyülüb. 

Qol.az xəbər verir ki, hadisə 2 gün öncə baş verib. Atası ilə Romaya yollanan yarımmüdafiəçini 4 naməlum şəxs saxlayıb. Hücum edənlər özlərini polis zabiti kimi təqdim edərək futbolçunu və atasını maşından düşməyə məcbur ediblər. Sonra isə cinayətkarlar  onları döyərək futbolçunun “Mercedes-Benz” markalı avtomobilini qaçırıblar.

Maşın tərk edilmiş halda tapılıb. Futbolçu və atası xəstəxanaya aparılıb, onlara tibbi yardım göstərilib.


Son xəbərlər
topaz banner