Rıbka Türkiyə klubunda

Rıbka Türkiyə klubunda
XƏBƏR 1 Aprel 2022 / 17:46 4294
-  A +

"Səbail"in sabiq qapıçısı Aleksandr Rıbka karyerasını Türkiyədə davam etdirəcək.

Qol.az xəbər verir ki, ukraynalı qolkiper Türkiyə 1-ci liqa təmsilçisi "Boluspor"a transfer olunub. Bu barədə klubun saytı məlumat yayıb. Onunla bu mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Rıbka 2019/2020 mövsümündə "Səbail"də oynayıb. 34 yaşlı qapıçının son klubu Ukrayna "Metallist"i olub.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner