Məşhur şirkət Haalandın sponsoru oldu - Şəkil

Məşhur şirkət Haalandın sponsoru oldu - Şəkil
XƏBƏR 1 Aprel 2022 / 13:30 3605
-  A +

"Borussiya"nın (Dortmund) futbolçusu Erling Haaland "Adidas" şirkəti ilə əməkdaşlığa başlayıb. 

Qol.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Bildirilib ki, hücumçu şirkətlə 5 illik müqavilə imzalayıb və bu əməkdaşlıqdan ümumilikdə 50 milyon avro qazanacaq.

Haaland isə sosial media hesablarında "Adidas"ın köynəyini geyindiyi fotosunu bölüşərək yazıb: "Sadəcə mən". 

Qeyd edək ki, Haaland indiyədək əməkdaşlıq etdiyi "Nike" şirkətindən illik 1 milyon avro qazanırdı. Oyunçu "Puma"nın 8 milyon avroluq təklifini qəbul etməmişdi. 


Son xəbərlər
topaz banner