Ukrayna səfiri Rusiyanın FİFA-dan kənarlaşdırılmasını istədi

Ukrayna səfiri Rusiyanın FİFA-dan kənarlaşdırılmasını istədi
XƏBƏR 1 Aprel 2022 / 11:33 2326
-  A +

Ukraynanın Qətərdəki səfiri Andrey Kuzmenko Rusiya Futbol İttifaqının FİFA-nın üzvlüyündən çıxarılmasını istəyib.

Qol.az ABC-yə istinadən xəbər verir ki, o, bu barədə qurumun 72-ci konqresində fikir irəli sürüb.Kuzmenko deyib: "Düşünürəm ki, Rusiya Futbol İttifaqı FİFA-dan kənarlaşdırılmalıdır".

Daha əvvəl Rusiyanın FİFA-ya üzvlüyünün çıxarılması və ya dayandırılması məsələsinin səsverməyə çıxarılması ehtimalı olsa da, konqresdə bu məsələ qaldırılmayıb.

Xatırladaq ki, Pakistan, Zimbabve və Keniyanın FİFA-ya üzvlüyü dayandırılıb.


Son xəbərlər
topaz banner