PSV-də yeni baş məşqçi

PSV-də yeni baş məşqçi
XƏBƏR 30 Mart 2022 / 20:59 2404
-  A +

PSV Niderland millisinin sabiq hücumçusu Ruud van Nistelroyla müqavilə imzalayıb.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Müqaviləyə əsasən, 45 yaşlı mütəxəssis 2022/23 mövsümündən əsas komandanın baş məşqçisi olacaq. Sənəd 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, hazırda Nistelroy PSV-nin ikinci komandasının baş məşqçisi işləyir.

Əlavə edək ki, PSV-nin əsas komandası hazırda Niderland yüksək liqasında 2-ci yeri tutur.


Son xəbərlər
topaz banner